Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2068
17.04.2025, 13:59
Bu gün aprel döyüşləri zamanı şəhid olan əsgər Adil Adilzadənin doğum günüdür.
Oxu24.com xəbər verir ki, 32 yaşı tamam olacaqdı.O,23 yaşında şəhadətə ucalmışdı.
Adil Adilzadə 17 aprel 1993-cü ildə Mingəçevir şəhərində anadan olub. Ailənin yeganə övladı olan Adil Mingəçevir şəhərində yerləşən 20 nömrəli tam orta məktəbi bitirib. O, Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçib.
Şəhid Adil Adilzadə də digər döyüşçü yoldaşları kimi düşməni geri oturtmaq üçün hücum əmrini gözləyirdi. Nəhayət o əmr gəlir. Hələ 23 yaşı tamam olmayan qəhrəman döyüşçü silahdaşları ilə birgə düşməni geriyə çəkilməyə məcbur edir. Artıq döyüşlərin miqyası və şiddəti artırdı. Düşmən xeyli geri çəkilmiş və ordumuz onlara üstün gəlirdi. Bu zaman Naxçıvandan olan komandirləri şəhid leytenant Qabil Orucəliyev düşmən tərəfə hücuma keçməyi əmr verir. Adil Adilzadə və baş-leytenant Cavid Gülbala oğlu Dədəkişiyev də onun birgə düşmən üzərinə hücuma keçirlər. Tər-Tər istiqamətində gedən qızğın döyüşdə düşmənə ağır zərbələr endirilir. Həmin döyüşdə tək Adil Adilzadə 17 erməni əsgərini məhv edir. O qolundan güllə yarası almasına baxmayaraq döyüşü davam etdirib. Bir neçə saat döyüşdən sonra hərbçilərimiz düşmən snayperindən açılan güllədən şəhidlik zirvəsinə ucalır. Qeyri-bərabər qüvvələrin döyüşündə çoxsaylı ermənini məhv etməyi bacaran bu 3 igid düşmənin o vaxt işğal altında olan Azərbaycan torpaqlarında qalır. Döyüşçü yoldaşları onların köməyinə gəlsə də artıq onların vurulduğunu və meyitinin düşmən tərəfindən götürüldüyünü görürlər. Düşmən tərəfi qəhrəman hərbçilərimizin meyitini yalnız 10 aprel tarixində geri qaytarır.
Aprelin 11-i isə Adil Adilzadə doğulduğu Mingəçevir şəhərində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və kiçik çavuş Adilzadə uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Həmçinin oxuyun
Adına Mingəçevirdə xatirə bulağı tikilib.
Hazırladı: Miri Məcidli
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.